Ru
21:12 / 07 Oktyabr 2026

Oktyabrın 9-u ilə bağlı - XƏBƏRDARLIQ

Oktyabrın 9-u ilə bağlı  - XƏBƏRDARLIQ
Eye

Günəş aktivliyinin artması səbəbindən cümə günü Yer kürəsində maqnit qasırğasının baş verəcəyi gözlənilir.


"Bakupost" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

“Hesablamalarımıza görə, dünən Günəşdən atılan plazma buludunun Yerə çatması üçün təxminən üç gün vaxt lazım olacaq”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, maqnit qasırğası 10-12 saat davam edəcək və G1-G2 səviyyəsinə çatacaq.

Məlumata görə, Günəşdə aktiv sahələrin artımı dayanıb, müşahidə olunan alışmaların gücü isə azalıb.

Bundan əvvəl, oktyabrın 6-da İKİ RAN laboratoriyasının alimləri plazma buludlarının Yerə doğru hərəkət etdiyini bildirmişdilər.

Çərşənbə axşamı Günəşdə M sinfinə aid iki alışma baş verib. Nəticədə Yer istiqamətində “kifayət qədər böyük ölçüdə” plazma buludları atılıb.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar