İranda baş verən kütləvi etirazlar zamanı ölənlərin sayı 62 nəfərə yüksəlib.
Bakupost.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, həlak olanlar arasında 48 etirazçı və 14 təhlükəsizlik qüvvələrinin əməkdaşı var. Ən şiddətli toqquşmalar ölkənin qərb bölgələrində, Tehranda və Bəlucistan əyalətində qeydə alınıb.
İranın ali dini lideri Ayətullah Əli Xamenei xalqa müraciətində etirazçıları xaricdə fəaliyyət göstərən müxalif qruplarla və ABŞ ilə əlaqədə ittiham edib.
Xatırladaq ki, etirazlar ölkədə rekord səviyyədə inflyasiya və milli valyutanın kəskin dəyərdən düşməsi fonunda başlayıb.
Cavid, BakuPost