11:37 / 09 İyun 2021

Ölümə aparan estetik əməliyyatlar: Hansı yaşdan etmək olar? - Mütəxəssis danışır

500
Son günlərdə gənclərin estetik əməliyyatlara marağı artıb. Qadınlarda bu yaş 16, kişilərdə isə 17-ə enib.

Bakupost.az xəbər verir ki, türkiyəli mütəxəssis Timur Batmaz bu marağın artma səbəblərindən danışıb:



“İnsanlar sosial mediadan istifadə edir, texnologiya ilə maraqlanır, hər şeylə çox tez əlaqə yaradır və hər şeydən çox tez bezirlər. Bu zaman xarici görünüşlərini dəyişdirmək istəyirlər. Sosial mediada, proqramlarda üzünü, gözünü, xarici görkəmini dəyişir və bir müddət sonra həmin görünüşə sahib olmaq üçün həkim axtarışına girirlər. Ən çox burun əməliyyatına maraq var. Amma bu hal ailələrin kabusu halına dönüşür. Ailə yox dediyi an psixoloji problemlər başlayır.

Evdə diqqətinin cəmləndiyi şeylərdən biri güzgü, digəri isə sosial media olduğu zaman estetik tələb daha da artır. Digər tərəfdən, əməliyyat yaşı 18-dir. Ona görə də valideynin icazəsi mütləq olmalıdır”.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər