Ru
19:03 / 14 Sentyabr 2020

Ombudsmandan Tofiq Yaqublu ilə bağlı açıqlama

2936
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında bu gün Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) həkim üzvü tərəfindən qida qəbulundan imtina etməsi ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından “City Hospital”a köçürülmüş Tofiq Yaqubluya baş çəkilib, onun səhhəti ilə maraqlanılıb, tibbi sənədləri araşdırılıb.

Ombudsman Aparatından "BakuPost"a verilən məlumata görə, görüş zamanı T.Yaqublunun sağlamlıq vəziyyəti, həmçinin onun həkimi professor Adil Qeybulla ilə də müzakirə olunub.

T.Yaqublunun hazırda da qida qəbul etmədiyi, səhhətinin stabil və həkim nəzarətində olduğu müşahidə edilib.

Məsələ Ombudsman tərəfindən diqqətdə saxlanılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər