Ru
13:32 / 31 Avqust 2020

"Öncə Vətən!" layihəsi Qubadlı döyüşçülərinə həsr edildi

2165

Bu gün Qubadlı rayonunun işğal olunmasından 27 il keçir.


"BakuPost" xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən avqustun 10-da “Öncə Vətən!” adlı sosial layihəyə start verilib. İşğal günü ilə bağlı layihənin xüsusi buraxılışını Qubadlı rayonundan məcburi köçkün, Qarabağ qazisi Mahir Abbasova həsr edilir.


Mahir Abbasov Ağdərə rayonu uğrunda gedən döyüşlər zamanı snayperlə gözündən vurulub, müalicə aldıqdan sonra yenidən döyüşlərdə iştirak edir. Növbəti dəfə ağır qəlpə yarası aldıqdan sonra döyüş meydanını tərk etməli olur.

Video çarxda Qubadlı rayonundan olan digər döyüşçülər haqqında da məlumat verilib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər