İran İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalıbaf müxalif qüvvələrin ölkəyə qarşı hərbi əməliyyatların uğursuzluğundan sonra diqqəti daxili sabitliyi pozmağa yönəltdiyini bildirib.
"Bakupost" xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, polis vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və ölkəyə qarşı planların qarşısının alınması istiqamətində yüksək fəaliyyət yüksək göstərir:
"ABŞ və İsrailin 40 günlük müharibə zamanı İrana qarşı genişmiqyaslı hərbi əməliyyat keçirib. Tehran bu əməliyyatı məcburiyyət qarşısında qaldığı üçün belə addım atıb. Eyni zamanda ABŞ-nin İranı ciddi şəkildə zərərsizləşdirilməsi mümkün deyil".
Qalibafın bildirib ki, bundan sonra İranın müxalifləri ölkə iqtisadiyyatına təzyiq göstərməyə və daxili təhlükəsizliyi pozmağa çalışırlar.
“Onlar ciddi və fundamental təzyiqləri iqtisadi məsələlərə və ölkə daxilində təhlükəsizliyin pozulmasına yönəldiblər. Həmçinin müxaliflər İran daxilində zorakı aksiyalar planlaşdırdırırlar. İqtisadi sabitliyin gücləndirilməsi və daxili təhlükəsizliyin təmin edilməsi ölkənin əsas prioritetləridir".