Ru
12:50 / 11 Avqust 2026

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ

Onlayn alış-veriş edənlərə  XƏBƏRDARLIQ
Eye

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara onlayn alış-verişlə bağlı xəbərdarlıq edib.

DİN-dən "Bakupost"a verilən məlumata görə, mütəmadi olaraq aparılan maarifləndirmə tədbirlərinə və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, onlayn alış-veriş zamanı vətəndaşların kiberdələduzluqla üzləşməsi halları hələ də müşahidə olunur:

“Aparılan araşdırmalar və daxil olan müraciətlər göstərir ki, kiberdələduzlar saxta satış səhifələri yaradaraq müxtəlif məhsulları cəlbedici qiymətlərlə təklif edir, ödəniş alındıqdan sonra isə vətəndaşla əlaqəni kəsərək telefon nömrələrini və sosial şəbəkə hesablarını bloklayırlar.

Bu kimi halların qarşısının alınması məqsədilə vətəndaşlara internet və sosial şəbəkələrdə rastlaşdıqları satış səhifələrinin etibarlılığını əvvəlcədən yoxlamaq, tanımadıqları və etibar etmədikləri şəxslərdən məhsul sifariş etməmək, xüsusilə əvvəlcədən ödəniş tələb olunan təkliflərə qarşı diqqətli olmaq tövsiyə olunur.

Məhsul sifariş etməzdən və ödəniş həyata keçirməzdən əvvəl satıcı barədə məlumatların, əlaqə vasitələrinin və təqdim olunan səhifənin həqiqiliyinin yoxlanılması vacibdir. Etibar etmədiyiniz və ya həqiqiliyinə əmin olmadığınız səhifə və saytlara ödəniş etməyin, bank kartı məlumatlarınızı, CVV/CVC kodunu, SMS vasitəsilə göndərilən təsdiq kodlarını və digər məxfi məlumatları üçüncü şəxslərlə paylaşmayın.

Kiberdələduzluq halları ilə qarşılaşdıqda dərhal DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin”.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar