Ədəbiyyatşünas, şair Ramil Əhmədin “Orxan Pamukun evində” kitabı işıq üzü görüb.
Bakupost.az xəbər verir ki, kitabda R.Əhmədin ədəbiyyat üzrə Nobel mükafatı laureatı, türkiyəli yazıçı Orxan Pamukla tanışlığının və görüşünün təfərrüatları, eləcə də ədibin evində baş tutan söhbətlər yer alıb. Əsərin bəzi hissələri mətbuatda işıqlandırılsa da, kitabda daha öncə yayımlanmayan yazılar, fotolar və Pamuk yaradıcılığına aydınlıq gətirən məqamlar var.
O.Pamuk ilk dəfə bu kitabda gələcəkdə Məsumiyyət Muzeyinin qapalı qutularında sərgilənəcək əşyalardan, ailəsindəki “zəka terroru”ndan qaçıb ədəbiyyata sığınmasından və digər əhvalatlardən bəhs edir.
Professor Əsgər Rəsulov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı Fəxri Uğurlu və Şərif Ağayar əsəri yüksək qiymətləndirərək “Orxan Pamukun evində” kitabının həm Azərbaycanda, həm də Türkiyədə böyük marağa səbəb olacağını vurğulayıblar.