Ru
16:51 / 12 Mart 2026

Özbək “həkim”in yanına gedənlər də tutulmalıdır, Misir Mərdanov da – Natiq Cəfərli

Özbək “həkim”in yanına gedənlər də tutulmalıdır, Misir Mərdanov da – Natiq Cəfərli
Eye

REAL Partiyasının sədri Natiq Cəfərli Bakıda “müalicə” adı ilə fəaliyyət göstərən və insanların üzünə tüpürməklə, müxtəlif hərəkətlərlə sağaltdığını iddia edən özbək “həkim”lə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Bakupost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edərək məsələyə ironik şəkildə münasibət bildirib:

“Belə baxanda tək onu niyə saxlayıblar ki?! Onun yanına gedənləri, gedənlərin oxuduğu məktəbin direktorunu, Misir Mərdanovu, indiki naziri, televiziyalarda insanların beyinlərini yuyanları – hamısını 60 manat cərimə etmək lazımdır. Üzünə tüpürəndə sağalacağına inananlar varmış, nə bilim vallah…”.

Qeyd edək ki, Bakıda “Bİ ES VİP” estetik klinikasında xəstələri guya “əl enerjisi” ilə müalicə etdiyini iddia edən özbək əsilli İqbol Soliyevin qəbul keçirməsi böyük maraq və izdihama səbəb olmuşdu. Bildirilirdi ki, o, bir xəstəni 60 manata qəbul edir və qəbula düşmək istəyənlər klinikanın qarşısında növbəyə dayanırdı. Daha sonra həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Elnur, BakuPost

Şərhlər
  • Dəxi

    Sonsuz işlənən Xalq misallarımızla, Atalar Sözləri ilə, ağıllı kəlamlarla yanaşı Xarici Yazarlara yüksək ehtiramla istinad edən filosofumuz bizim çoxumuzun digər ölkə, millət, vətəndaşlarımızdan fərqli hədsiz özünə vurğunluq, hər bilgi və bacarığının (guya) üstünlüyünə öyünmə, məftunluq, heyranlıq cəhətini, kompleksini dünyəvi hadisələrə siyasi qəzetdə ciddiyyətlə vurğulayıb! digər birinə demir ki, sən bu işin icra prossesini necə düşünürsən, ilkin şərti və yekun nəticəsi necə ola bilər və olmalıdır? İnsanın birinin digərinə toxunmadan, xüsusilə yaxından gözlə, məsafədən əl hərəkətləri ilə bioloji (qeyri-fizioloji) təsiri mümkün ehtimallı görünür? Lakin, daim və hər hansı həkim-pasient arasında heç PSİXOLOQlar üçün də mümkün faydalı təsir metodu kimi görünmür? Bəs, digər ölkə və dövlətlərdə belə müalicə metodu və münasibətlər necə tənzimlənir?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar