Ru
21:02 / 18 Sentyabr 2025

Parisdə etirazlar: 800-dən çox saxlanılan var

Parisdə etirazlar: 800-dən çox saxlanılan var
Eye

Hüquq-mühafizə orqanlarının əməkdaşları Parisdə Fransa hökumətinin təklif etdiyi qənaət tədbirlərinə qarşı etiraz yürüşündə həbslərə başlayıblar.

Bakupost.az xəbər verir ki, ölkə üzrə saxlanılanların sayı 800-ü keçib.

Məlumata görə, polis dəyənəklərdən, gözyaşardıcı qazdan və qumbaralardan istifadə edir. Etirazçılar buna cavab olaraq polisə məşəl, fişəng, şüşə və daş atırlar.

Fransanın aparıcı həmkarlar ittifaqı təşkilatı Ümumi Əmək Konfederasiyasının (CGT) hesablamalarına görə, ölkə boyu nümayişlərdə təxminən 1 milyon insan iştirak edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar