Ru
20:35 / 18 Sentyabr 2025

Burak Özçivit mülklərini təcili satışa çıxardı: məşhur cütlük boşanır?

Burak Özçivit mülklərini təcili satışa çıxardı: məşhur cütlük boşanır?
Eye

Məşhur türkiyəli aktyor Burak Özçivitin boşanacağı iddia edilir.

Bakupost.az xəbər verir ki, aktyorun ona məxsus mülklərini və avtomobillərini satışa çıxarması bu iddiaların ortaya çıxmasına səbəb olub.

Aktyorun Şile və Sapanca ərazisindəki xüsusi villalarını da satışa çıxarması maqazin kulislərində onun boşanacağı və ya xaricə köçəcəyi barədə söz-söhbətlər yaradıb.

Qeyd olunur ki, sənətçi “Rolls-Royce” da daxil olmaqla bir çox avtomobilini zərərlə satıb. Hətta 22 milyon lirəyə alınan lüks maşınını 14 milyona satıldığı iddia edilib.

Özçivit təkcə avtomobillərini deyil, Acarkentdəki iki evini də satışa çıxarıb.

Hətta onun əmlak ofislərinə müraciət etmədiyi, birbaşa özü tanışlarına müraciət edərək mülklərini satmaq istədiyi bildirilir.

Onun bu davranışı “yanğından mal qaçırmaq” kimi şərh edilib.

Bu qədər dəqiq məlumat verə bilərəm. Uyğun qiymətə almaq istəyənlərə xəbər göndərilib. O, hər şeyi pula çevirir, bu da əmlak bölgüsünün xəbərçisi ola bilər.

Dubayda, Qətərdə və ya hətta İraqda yaşamağı düşünə bilər. Burak Özçivitin Yaxın Şərqdə çox böyük fanat kütləsi var”, - deyə jurnalist Mehmet Üstündağ söyləyib.

Boşanma dedi-qoduları ilə yanaşı, B.Özçivitin həyat yoldaşı, aktrisa Fahriye Evcenin də uzun fasilədən sonra yenidən reklamlara çəkilməsi diqqət çəkib. Aktrisanın bir təhsil müəssisəsi ilə üç aylıq 1 milyon dollarlıq sosial şəbəkə müqaviləsi bağladığı bildirilib. Bu a aktrisanın "karyerasında yeni səhifə açması" kimi qiymətləndirilib.

Qeyd edək ki, B.Özçivit və aktrisa Fahriye Evcen 2017-ci ildə evlənib. Cütlüyün 2 oğlu var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar