Ru
17:31 / 11 Fevral 2020

Parlamentə seçilən gənc deputatlar harada təhsil alıblar?

2092
İki gün keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, Milli Məclisə xeyli sayda gənc deputat adını qazanıb.

Gənc üzvlərin hər biri bu etimada ilk dəfədir ki, layiq bilinir.


BakuPost AzEdu.az-a istinadən gənc millət vəkillərinin keçdikləri təhsil yolu haqqında yazını təqdim edir:

63 saylı Sabirabad birinci seçki dairəsindən deputat seçilən 31 yaşlı Kamal Cəfərov Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, Böyük Britaniyanın London Kral Universitetində (King’s College London) beynəlxalq vergi hüququ ixtisasını magistr səviyyəsi üzrə bitirib. O, həmçinin, Vyana şəhərində yerləşən Beynəlxalq Anti-Korrupsiya Akademiyasının “Anti-korrupsiya elmləri üzrə” magistr proqramını fərqlənmə ilə bitirib.

Amerika Birləşmiş Ştatlarının Mərkəzi Texas Kollecində “Amerika hüquq sisteminə giriş” mövzusunda mübadilə proqramını və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistr proqramını da qiyabi əsaslarla bitirib.

24 saylı Nizami birinci seçki dairəsindən qalib gələn 35 yaşlı Könül Nurullayeva 2003-2008-ci illərdə Azərbaycan Dillər Universitetiinin Avropaşünaslıq və Beynəlxalq Əlaqələr bölməsində bakalavr təhsili alıb. 2008-2010-cu illərdə həmin fakültənin magistr səviyyəsinə yiyələnib.

Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun dissertantıdır.

Digər gənc deputat 99 saylı Şəmkir kənd seçki dairəsindən qalib olan 32 yaşlı Nurlan Həsənov Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavriat səviyyəsi üzrə təhsil alıb. Almaniyanın Bremen Universitetində isə bu ixtisas üzrə magistr dərəcəsinə yiyələnib. Həmçinin, Almaniyanın Bremen Universitetində doktorantura təhsili də alıb.

96 saylı Goranboy-Naftalan seçki dairəsinin qalibi Anar Məmmədov 2005-ci ildə Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsini bitirib.

43 saylı Sumqayıt üçüncü seçki dairəsindən qalib olan 38 yaşlı Emin Hacıyev 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2004-cü ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurub. 2008-ci ildə Memarlıq və İnşaat Universitetində "Azərbaycanda ipoteka mənzil kreditləşməsinin formalaşması və inkişafı" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru dərəcəsini qazanıb. Daha sonra 2013-2015-ci illərdə Rusiya Xarici İşlər Nazirliyi Diplomatik Akademiyasında magistr təhsili alıb.

Jalə Əhmədova (59 saylı Salyan seçki dairəsi) 2002-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib. 2012-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirərək, ikinci ali təhsil alıb. Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsində təhsilini davam etdirir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər