Ru
22:12 / 20 Yanvar 2026

Paşinyan 28 il əvvəl 20 Yanvar haqqında bunları demişdi - VİDEO

Paşinyan 28 il əvvəl 20 Yanvar haqqında bunları demişdi - VİDEO
Eye

Ermənistan Baş nazir Nikol Paşinyan 20 Yanvar faciəsi ilə bağlı 28 il əvvəl etdiyi etiraf yenidən gündəmə gəlib.

Bakupost.az “Modern.az”a istinadla xəbər verir ki, həmin etiraf Paşinyanın jurnalist işləyərkən Ermənistanda o vaxtlar çap olunan “Molorak” qəzetində çap olunmuşdu.

11 fevral 1998-ci ildə Nikol Paşinyan “Ermənilər və azərbaycanlılar – xoşbəxt xalqlar” başlığı altında çıxan məqaləsində ermənilərin düşüncə tərzində problemlər olduğunu bildirmişdi.

O qeyd edib ki, bu düşüncə pozğunluğu söhbət günahsız azərbaycanlı və türklərin ölməsindən gedəndə özünü daha açıq büruzə verir.

Bakıdakı faciəli 20 Yanvar barədə isə Paşinyan bunları yazmışdı:

“Bakıda həlak olanların, küçələrdə qətlə yetirilən günahsız insanların ruhları qarşısında baş əyirəm. Yanvarın 20-də Bakıdakı qurbanların xatirəsini bir anlıq sükutla yad etdim”.



Şərhlər
  • B.Kolxozdar

    Sovetin 70ci ilində işlədiyim beynəlmiləl təşkilatda 1000 işçidən heç 7si belə azəri deyildi. Mənə deyirdilər ki, azərilərin belə demokrat-dözümlü olduğunu görüb-düşünmürdük? Nikola Vovaeviç Paşinə Kremlin, özündən də lüzumsuz çox Güclü Hərbi-iqtisadi siyasətə qarşı separat (gizli) təslimi önü *öfkə-gücünü* günahsıız beynəlmiləl Gürcüstana yönəldib, Sumqayıt, Bakı və Qarabağda konstitusion hüquqları təmin etmək əvəzinə günahsız vətəndaşların cinayətkar qətllərindən sonra xatirələrini yad etməkdən qeyri-hansı çarə qalırdı?Hər üç, hətta illər boyu rəsmi Bakı da daxil DÖRD tərəfdən Azərbaycanı da səbəkar sayırdılar? Bəlkə, 36 il sonra Qarşılıqlı hüquqi-hala daha ciddi təhlil və obyektiv qiymətə çalışaq? Həmin 19 Yanvar 1990cı il tarixinə: 1)Ermənistan 165 mindən çox-bütün azərbaycanlı Ailələrini öz doğma ev-mülklərindən Azərbaycana deport etmişdi? 2)Azərbaycanın DQMV sovetliyinin (separat-hərbi genosid) *Miatsum!* işğal fərmanını təsdiqləmişdi? 3)Mərkəzi SSRİ dövləti-Kreml həmin etnik-kütləvi cinayətlərə qarşı nəinki yetəri təpki vermiş, heç bir əməli hüquqi tədbir və mühakimə etmirdi? 4)Kreml, tam tərsinə DQMVsovetinin millətçi qrupu ilə uzaq süni-siyasi münaqişə emissarlarının sorğu həbsi əvəzinə gələcək *göz bəbəyi* kimi Xüsusi Hərbi Komendantlıqla mühafizə-müdafiə edirdi? 5)Soydaşları tam-etnik terrora məruz, mərkəzi DQMV ərazisinin faktiki etnik-sürüşkən (*Miatsum!* hərbi-genosid) işğalına qarşı Azərbaycan-Bakı rəsmən hüquqən-adekvat nə edə bilərdi? 6)Təbiətən Ermənistana və Kremlə konstituson cinayətlərinə qarşı qəti etiraz notları, ciddi mühakimə tədbirləri və (təyyarənin vurulmsına olduğu kimi) izahat və üzrxahlıq bəyanatları diləməliydi? 7)BMT, NATO, Haaqa tribunalı da daxil beynəlxalq hüquqi təşkilatlar və sülhsevər dövlətlər müdafiəyə çağırılması mümkün deyildimi? 8.O zamanlar belə aydın görünən qanlı-faciəvi münasibətlərə qarşı siyasi-hüquqi həllər, artıq çox gecikmiş razılıqlar kimi təsdiqlənmirmi?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar