Ru
12:59 / 02 İyul 2026

Paşinyan Annanı Amerikaya göndərib - SƏBƏB

Paşinyan Annanı Amerikaya göndərib - SƏBƏB
Eye

Ermənistanın baş nazirinin keçmiş həyat yoldaşı, “Mənim addımım” xeyriyyə fondunun icraçı direktoru Anna Akopyan Birinci Xanımların İllik Toplantısında iştirak etmək üçün Nyu-Yorkda səfərdədir. O, burada son illərdəki fəaliyyətinin üç əsas istiqamətini təqdim edib.

"Bakupost" Modern.az-a istinadla xəbər verir ki, Anna Akopyan keçmiş həyat yoldaşının son parlament seçkilərinin nəticələrinə əsasən yenidən baş nazir seçilməsini öz prioritetlərinə yenidən baxmaq və artıq başlanmış təşəbbüsləri daha ardıcıl şəkildə davam etdirmək imkanı kimi qiymətləndirdiyini bildirib.

Akopyanın sözlərinə görə, birinci istiqamət sülh gündəliyinin təşviqidir. Onun fikrincə, davamlı sülh yalnız dialoq və əməkdaşlıq vasitəsilə qurula bilər.

İkinci prioritet ümummilli “Oxumaq dəbdədir” hərəkatıdır. Akopyan bildirib ki, təşəbbüsün məqsədi fasiləsiz təhsili Ermənistan cəmiyyətinin ən mühüm dəyərlərindən birinə çevirmək, insanların təhsilə münasibətini və onu qavrama tərzini dəyişməkdir.

Üçüncü prioritet istiqamət isə məişət zorakılığının qarşısının alınmasıdır. Anna Akopyan bildirib ki, bu yaxınlarda Ermənistanda məişət zorakılığı ilə bağlı statistik məlumatları, problemin yayılma miqyasını və zərərçəkənlərin real hekayələrini araşdırmağa başlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar