Ru
21:32 / 01 Oktyabr 2025

Paşinyan "Zəngəzur dəhlizi"nə razılaşdı: "Azərbaycanda nə istəsələr desinlər"

Paşinyan "Zəngəzur dəhlizi"nə razılaşdı: "Azərbaycanda nə istəsələr desinlər"
Eye

Qoy, Azərbaycanda "Zəngəzur dəhlizi"nə nə istəyirlər desinlər. Bundan sonra onlar neçə dəfə "Zəngəzur dəhlizi" desələr də, bilin ki, bu, Ermənistanla bağlı deyil. Razılaşdırılmış ad TRIPP marşrutudur.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Baş nazirin bu açıqlamasının videosu sosial şəbəkələrdə yayılıb və böyük rezonans doğurub.

Lakin analitiklərin fikrincə, Paşinyanın bu sözləri əslində gerçəklə barışmaq cəhdidir. Çünki Azərbaycan üçün, eləcə də bütün Türk dünyası üçün bu marşrutun adı hər zaman Zəngəzur dəhlizi olacaq. Rəsmi Bakı bu məsələ ilə bağlı Paşinyanın söz oyunlarına əhəmiyyət vermir və dəfələrlə vurğulayıb ki, Azərbaycanın strateji hədəfi dəyişməzdir.

Azərbaycan da rəsmi paralel olaraq Zəngəzur dəhlizinə “TRIPP” deyir. Bu, 8 avqust, Vaşinqton razılaşması əsasında belədir və rəsmi Bakı bu anlaşmaya sadiqdur. Lakin gerçəklikdə Azərbaycan və region xalqları üçün bu yol Zəngəzur dəhlizidir. Ən əsası isə, Ermənistan baş naziri son açıqlaması ilə artıq bunu dolayısı ilə etiraf etmiş olur – Azərbaycan istədiyi adı çəkəcək və çəkir də: bu, Zəngəzur dəhlizidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar