Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə yeni rəis təyin edib.
Sərəncama əsasən, bu vəzifəyə ədliyyə polkovniki Mirsaleh Miradil oğlu Seyidov təyin olunub.
O, bundan sonra həm də ədliyyə nazirinin müavini vəzifəsini tutacaq.
Bəs, Ədliyyə nazirinə müavin, Penitensiar Xidmət kimi vacib bir quruma rəis təyin olunan Mirsaleh Seyidov kimdir? Onun haqqında nə bilirik?
Bakupost.az xəbər verir ki, Mirsaleh Seyidov sözügedən təyinata qədər Ədliyyə Nazirliyinin Penitensiar Xidmət Baş İdarəsində Əməliyyat-rejim idarəsinin rəisi olub. O, bu vəzifəyə 2016-cı ilin oktyabrında Ədliyyə naziri Fikrət Məməmdovun əmri ilə təyin olunub. O zaman Mirsaleh Seyidovun rütbəsi polkovnik-leytenant olub. İdarə rəisi kimi sonradan ona polkovnik rütbəsi verilib.
Göründüyü kimi, 2016-cı ildən karyerasında irəliləyiş edən Mirsaleh Seyidovun yalnız rütbəsi deyil, vəzifəsi də böyüyüb.
Əldə etdiyimiz məlumata görə, Mirsaleh Seyidovu ədliyyə sisteminin “Boz kardinal”ı hesab olunur. Başqa sözlə, onun yeni təyinata qədər də Ədliyyə Nazirliyində hadisələri öz maraqları çərçivəsində yönləndirən, pərdə arxasında qalmaqla mühüm qərarların verilməsində həlledici rol oynayan və proseslərə ciddi təsir göstərən fiqurlardan biri olduğu bildirilir.
İndiyə qədər tutduğu postun verdiyi səlahiyyətlər də Mirsaleh Seyidovun bu üstünlüyü qazanmasında ciddi rol oynayıb. Belə ki, o, cəzaçəkmə müəssisələrində yalnız məhkumların deyil, eyni zamanda penitensiar xidmət işçilərinin nizam-intizam məsələlərinə nəzarət edib. Həmçinin məhkumların təsərrüfat və məişət
işlərinə cəlb edilməsi (eləcə də müayinə və müalicə dövründə) məhz Seyidovun rəhbərlik etdiyi idarənin kurasiyasında olub.
Zaur
BakuPost
Gözəl insandır,əl tutan insandır
Indi day turmelerde ayliq pul, otaqlara göre, işlememeye göre peredaça vermeye göre rùşvet olmayacaq ? Inanan daşa dönsūn.
Çox layiqli kadr və kişidi.Təbriklər.Allah qorusun....
Nəhayət ki rəis öz işini bilən və bu qurumdan olan gəldi. Uğurlar sizə Mirsaleh müəllim.
Mirsaleh müəllim ilə bir dəfə yaxından görüşmüz olub. Həqiqətən gözəl insandır qarşsındakı insana vətəndaşa hiss elətdrmirki o vəzifəlidir bu aşaqı təbəqəlidir. Bir sözlə işlərində uğurlar.
TEBIRIK EDREM OGUN OLSUN KI GENRALRUTBESI ALASZ ALLAH PRENTIMIZI QORUSU
Təbrik edirəm həmkarimi!Ugurlar arzulayiram.Laiqli insana qismət olduğuna görə çox sevinirəm!
Eziz insanlar Mirsaleh Seyidov insan kimi deyerli insandı leyaqetli insandır kasıba kömek eden insandır
Mirsaleh mellim yaxwi insandi
Əgər bu adamın ad-soyadına inansaq , gərək onda bütün dindar məhbuslar azad edilsin.
Orda hec olmasa bir saf adam var?
Bu adamın müfəssəl tərcümeyi halı niyə verilmir? Müəmmalı adamları vəzifələrdə yüksəltməklə bu akimiyyət xalqa nə demək düşünür?Axı xoruzun quyruğu açıq görünür.