Ru
20:06 / 18 Dekabr 2019

Deputat: “Valideynlər gənclərin peşə seçiminə müdaxilə edir” - VİDEO

2090
Azərbaycan Televiziyasında efirə gedən "Çıxışa doğru" tok-şousunun bugünkü buraxılışında “Peşə seçimində valideynin rolu" müzakirə olunub.

Verilişin qonaqları millət vəkili Cavid Osmanov , gənclərlə iş üzrə ekspert Yelena Sedorenko Eyvazlı, hüquqşinas Şamil Paşayev və Sosial Maarifləndirmə və Təhsil İnstitutunun rəhbəri Elçin Həsən olub.


"Gənclərin peşə seçiminə ailələr, valideynlər tərəfindən müdaxilələr olur. Elmi araşdırmalara görə, bu rəqəm 65 faizdən də çoxdur",- deyə millət vəkili Cavid Osmanov bildirib.


C.Osmanov qeyd edib ki, hər 5-8 ildən bir peşələr yenilənir: "Eyni zamanda, bilik və bacarıqlar əgər istifadə olunmursa, il ərzində 20-30 faiz aşağı səviyyəyə düşür. Bu, o deməkdir ki, əgər hər hansı mütəxəssis 5 il ərzində öz bilik və bacarığını istifadə etmirsə, öz bacarıqlarını böyük həcmdə itirir. Əgər valideyn uşağın peşə seçiminə müdaxilə edirsə, onun gələcək həyatına travma verir”.



Qeyd edək ki, veriliş həftə içi 5 gün, saat 17.00-da canlı yayımlanır. Tok-şouda əsasən sosial məsələlər, internet və media, informasiya təhlükəsizliyi kimi mövzular ətrafında fikir mübadiləsi aparılır.


"Çıxışa doğru" tok-şousunun informasiya dəstəkçisi BakuPost.az saytıdır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər