Bu gün İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin İslam Respublikasına qarşı hərbi əməliyyatlarının başlanmasından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Bakupsot.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, Pezeşkian Beynəlxalq Qüds Günü münasibətilə keçirilən yürüşlərdə iştirak edib.
Qeyd edək ki, Beynəlxalq Qüds Günü münasibətilə İranın bir çox əyalətində kütləvi yürüşlər keçirilir.