Ru
16:30 / 13 Mart 2026

Xocavənd şəhərində əmək yarmarkası keçirilib

Xocavənd şəhərində əmək yarmarkası keçirilib
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və SOCAR-ın Qaz İxrac İdarəsinin birgə təşkilatçılığı ilə Xocavənd şəhərində əmək yarmarkası keçirilib.

Bakupost.az xəbər verir ki, Xocavənd Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında keçirilmiş yarmarkada qaz paylayıcı stansiyanın operatoru vəzifəsi üzrə vakansiyalar təqdim olunub.

Aktiv məşğulluq tədbirində vətəndaşlara vakansiyaların tələbləri barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Bundan başqa, yarmarkaya qatılan şəxslər Agentliyin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar