16:30 / 09 Yanvar 2026
Pezeşkiandan növbəti çağırış – “Xalqın tələbləri nəzərə alınmalıdır”
371
İran Prezidenti Məsud Pezeşkian təhlükəsizlik qüvvələrini ölkə daxilində 10 gündən çoxdur davam edən etirazçılara qarşı maksimum təmkinli olmağa çağırıb.
M.Pezeşkianın açıqlaması “əl-Ərəbiyyə” telekanalında yayımlanıb.
Prezident Pezeşkian zorakı hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayıb və dinc nümayişçilərlə zorakılar arasında fərq qoymağın əhəmiyyətini qeyd edib. O, həmçinin dialoqa və dinc ünsiyyətə üstünlük verilməli olduğunu söyləyib:
“Hər hansı zorakı davranış və ya məcburetmədən qaçmaq lazımdır. Maksimum təmkin göstərilməli, dialoq və dinc ünsiyyət qurulmalı, İran xalqının tələbləri nəzərə alınmalıdır”.
Pezeşkianın açıqlaması xalq narazılığı və dövlət qüvvələri arasında mümkün qarşıdurmaların qarşısını almaq məqsədini daşıyır. Bu çağırış etirazların bəzi bölgələrdə daha sərt toqquşmalarla müşayiət olunduğu bir vaxtda gəlib.
Hazırkı etirazlar Tehran, Təbriz və Məşhəd daxil olmaqla ölkənin əksər böyük şəhərlərində davam edir.
Bu aksiyalar 2022-2023-cü il iğtişaşlarından sonra baş verən ən böyük etirazlardır.
Cavid, BakuPost