Ru
01:29 / 26 İyul 2020

Polad Həşimov haqda film çəkiləcək - VİDEO

Eye

Şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş, Qarabağ həqiqətlərindən bəhs edilən “Komandir” bədii filmi çəkiləcək.

"BakuPost" xəbər verir ki, bu barədə AzTV-də bildirilib. Filmin ssenari müəllifi və rejissoru Cəlaləddin Qasımov, redaktoru Əməkdar incəsənət xadimi Aydın Kazımzadədir. Ekran işinin ssenarisi real hadisələrə əsaslanır. Ssenaridəki hadisələrin bir hissəsi vaxtilə Tovuz rayonunda tibb bacısı işləmiş erməni qadın Tamara Adamyanın törətdiyi cinayətlərlə bağlıdır. Saat yarımlıq film hazır olduqdan sonra beynəlxalq film festivallarında nümayiş olunacaq.

Qeyd edək ki, general-mayor Polad Həşimov iyulun 14-də ermənilən Tovuz rayonu istiqamətində təxribatı nəticəsində şəhid olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar