Ru
19:49 / 08 Aprel 2021

Polis əməkdaşı Suqovuşanda qəzaya düşdü

Polis əməkdaşı Suqovuşanda qəzaya düşdü
Eye

Tərtər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"BakuPost" report-a istinadən xəbər verir ki, hadisə rayonun işğaldan azad edilən Suqovuşan kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobilin sürücüsü Zəka Mehdiyev Suqovuşan kəndi ərazisində hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil aşıb və sürücü ağır bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən Z.Mehdiyev Tərtər Rayon Polis Şöbəsinin əməkdaşıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar