Ru
08:59 / 24 Noyabr 2021

Polislər xidmət zamanı qəzaya düşdü: biri öldü - FOTO

5357
Gəncədə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Bakupost.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb.

"Fiat" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini şəhər ərazisindəki mağazalardan birinə çırpıb. Qəza zamanı bir nəfər xəsarət alıb, bir nəfər xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Yaralan şəxs Emin Əliyev, həlak olan isə Renat Əliyevdir.

Qeyd edək ki avtomobil Mühafizə polisinə məxsusdur, hadisə xidmət vaxtı baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.
Polislər xidmət zamanı qəzaya düşdü: biri öldü -  FOTO
Polislər xidmət zamanı qəzaya düşdü: biri öldü -  FOTO
Polislər xidmət zamanı qəzaya düşdü: biri öldü -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər