Bakupost.az xəbər verir ki, təyinatlar bu cür həyata keçirilib:
1. Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Göygöl rayonuna başçı təyin edilib,
2. Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Qax rayonuna başçı təyin edilib,
3. Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Göyçay rayonuna başçı təyin edilib,
4. Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Balakənə başçı təyin edilib,
5. Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Nəsimi rayonuna başçı gətirilib,
6. Elşən Nazim oğlu Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
7. Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Onun yerinə Naxçıvanın baş naziri Ceyhun Ramiz oğlu Cəlilov gətirilib.
Beləliklə, Prezident bu gün 5 başçını vəzifədən azad edib və onları başqa rayonlara başçə təyin edib, bir vakant başçı vəzifəsi isə artıq tutulub (Balakən rayonu).
Vəzifədən azad edilənlər içərisində yalnız Fuad Nəcəfli vəzifəsiz qalıb.
Fuad Vahid oğlu Nəcəfli 1975-ci ildə Şahbuz rayonunda anadan olub. Bakı Dövlət Universitetini Beynəlxalq münasibətlər ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 2000-ci ildə Bakı şəhərində 1 saylı yeri İqtisad Məhkəməsində başlayıb.
Beynəlxalq Sığorta Şirkətində, "Star Alyans" sığorta şirkətində, "Texnikabank"da, "Paşa Holdinq" MMC-də və digər qurumlarda müxtəlif vəzifələrdə işləyib.
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2022-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilmişdi.
Asena,
BakuPost