Ru
17:03 / 20 Noyabr 2020

Prezident əslində, nə dedi? - Şahbaz Xuduoğlunun şərhi

3035

Şahbaz Xuduoğlu

"Qanun" nəşriyyatının direktoru


Prezident İlham Əliyevin bugünkü müraciətinə maraqla qulaq asdım.


Aşağıdakı nəticəyə gəldim:

1. O, yalnız zəfərə görə yox, həm də xalq və iqtidar birliyindən zövq alır, buna görə fərəhlənir. Bu birlikdə öz rolunu çox dəqiq bilir.

2. O, yalnız Azərbaycanı deyil, həm də bütün regionu düşünür. Özünü regionun problemlərinin həllində məsul şəxs hesab edir.

3. İnkişafı əməkdaşlıqda, ümumi və regional layihələrin icrasında görür. "Bizim başqa yerimiz yoxdur". Buranı inkişaf etdirməli, buradakı insana önəm verməliyik.

4. Tarixi bayrağa çevirməklə inkişaf etmək olmur, stüasiya gələcəyə ayıq baxmağı tərcih edir. "Tarixdə çox hadisələr olub". Onunla yaşamaqla inkişaf etmək olmaz.

5. Qonşu düşmən də olsa, mehriban olmaq lazımdır, birlikdə iş görülməlidir. Ona görə ki, keyfiyyətli həyat üçün bu, hər kəsə lazımdır.

6. O, quruculuq işində çox əmindir. Yalnız yerli yox, həm də xarici şirkətlərin sayəsində daha tez və səliqəli, müasir şəhərlər saldıracaq. Ermənilərin dağıdıcılığını qeyd etsə də, onun üstündə dayanmır, özünün içindəki yaratmaq gücünə, əzminə, təcrübəsinə inanır.

7. Tez-tez ordunun gücünü vurğulamaqla insanlarımızda illər boyu böyüyən Vətən həsrətini mübariz ruha döndərməyi bacardığına əminliyini ifadə edir. Şəhid ailələrinin ağrısını çəkir, yaralılara daha diqqətli münasibət istəyir.
"Əsgər payına göz tikən generallar" ifadəsini birmənalı işlətmədi. O, bunu gələcəkdə tez-tez istifadə edəcək. Sanki, o sahədə demək istədiklərini gələcəyə saxladı.

8. Qonşularla münasibətdə "hörmət" və "əməkdaşlıq" ifadələrindən daha çox istifadə edir. Hər bir qonşunun yerini bilir və hörmət edir. "İran dost ölkədir", "Putin hadisələrə real qiymət verdi", deyir.
Avropaya qəzəblidir. Əgər əvvəllər bu qəzəbdə bir qərəz var idisə, indi bu əsla belə görünmür, əksinə, xalq arasındakı reytinqinə əmin olaraq onları danlayır: "Dərs verməyi buraxın, ikili standartları buraxın, gəlin işləyək".

9. Diktator sözünü sevmir, sevsəydi, Paşinyanı bu sözlə tənbeh etməzdi.

10. Lider olaraq öz gücünü çox dəqiq bilir. Və onu da bilir ki, hər bir güc ağılla idarə olunmazsa, o bitər. "Biz Şuşadan Xankəndini bir günə dağıdardıq, amma etmədik". Yəni bizim müharibəmiz qaydalıdır, çünki gücümüzü idarə etməyə ağlımız var.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər