Ru
14:51 / 09 May 2026

Prezident və xanımı Cəbrayıla getdi

Prezident və xanımı Cəbrayıla getdi
Eye

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər.


Bakupost.az xəbər verir ki, dövlət başçısı və birinci xanım 360 şagird yerlik məktəb binasında və kənddə inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

Prezident İlham Əliyev sakinlərə evlərin açarlarını təqdim edib.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar.

Daha sonra dövlətimizin başçısı Cəbrayıl rayonunun Soltanlı kəndində "AzərEnerji" ASC-nin 330 kV-luq "Şəfəq" yarımstansiyasının açılışında iştirak edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar