Ru
19:09 / 29 İyul 2020

Prezident yeni növ dayanacaqla tanış oldu - FOTOLAR

3465
İsmayıllı rayonuna səfər edən Prezident İlham Əliyev yeni dayanacaqla tanış olub.

“BakuPost” xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Prezidentə məruzəsində həmin dayanacaqlardan daha 3 yerdə qoyulacağını bildirib:

Prezident İlham Əliyev: Bu, yeni dayanacaqdır?

Nahid Bağırov: Bəli, cənab Prezident. Bunu ilk dəfə olaraq İsmayıllıda tətbiq etdik.

Prezident İlham Əliyev: Gözəldir.

Nahid Bağırov: Bundan şəhərimizdə üç yerdə qoymağı nəzərdə tutmuşuq. Həmçinin elektrobus da sifariş etmişik. Yeni dayanacaq səkkiz oturacaqlıdır. Bu, yerli məhsuldur, cənab Prezident.

Prezident İlham Əliyev: Bu, harada istehsal olunur?

Nahid Bağırov: Azərbaycanda, Balaxanıda, texnoparkda.

Prezident İlham Əliyev: Texnoparkda?

Nahid Bağırov: Bəli, cənab Prezident, icazə versəniz, bunun filialını İsmayıllıda açardıq. Sahibkar özü də istəyir.

Prezident İlham Əliyev: Əlbəttə, açın, həm buranı, həm də ətraf rayonları nəzərə alın. Düzdür, indi turizm yoxdur, amma karantin bitsin, hesab edirəm ki, daxili turizmlə bağlı yaxşı işlər görüləcək.

Nahid Bağırov: Artıq onunla da bağlı işlərə başlamışıq.

Prezident İlham Əliyev: Çox yaxşı.

Nahid Bağırov: Çox sağ olun, cənab Prezident.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər