Suraxanı rayonu, Zığ qəsəbəsi, səkkizinci Zığ küçəsindəki yollar illərdir yararsız vəziyyətdədir.
Bakupost.az “Baku TV”yə istinadən xəbər verir ki, asfaltlanmayan və çala-çöküklü olan yolların, xüsusilə, yağışlı havalarda palçıqla dolması sakinlər üçün ciddi problemə çevrilib.
Küçədə işıq dirəklərinin olmaması isə gecə saatlarında sakinlərə əlavə çətinlik yaradır.
“10-15 ildir küçə bu vəziyyətdədir. Belə yaşamaq mümkün deyil”, “Digər küçələri düzəltdilər, amma bura baxan olmadı. Pulunu yedilər, buranı heç düzəltmədilər”, – deyə sakinlər öz şikayətlərini qeyd ediblər.