Ru
15:03 / 15 Yanvar 2020

Putin bu səlahiyyətlərindən imtina edir - Gözlənilməz QƏRAR

1829
Vladimir Putin Federal Məclisdə çıxış edərkən Dövlət Dumasına Rusiyanın Baş nazirinin namizədliyini təsdiqləmək hüququnun verilməsini təklif edib.

Bu barədə "Kommersant" qəzeti yazıb.


Putin, həmçinin, parlamentin hökumət başçısının təklifi ilə bütün baş nazir müavinlərini və federal nazirləri təsdiqləməsi təklifini verib.

Onun sözlərinə görə, bununla hökumətin tərkibini təsdiqləyən RF prezidenti parlamentlə razılaşdırılmış namizədləri təsdiqləməli olacaq. Putin vurğulayıb ki, prezidentin bu namizədləri rədd etmək hüququ olmayacaq.

Bununla yanaşı, Putin bəyan edib ki, prezidentin etimadını itirən və ya vəzifələrini lazımınca yerinə yetirməyən baş nazir, müavinləri və digər nazirləri vəzifəsindən kənarlaşdırmaq hüququ olmalıdır.

Rusiya prezidenti əlavə edib ki, prezident silahlı qüvvələrə və güc strukturlarına rəhbərlik etmək hüququnu özündə saxlamalıdır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər