Ru
10:51 / 08 Oktyabr 2022

Putin Krım körpüsünün partladılması ilə bağlı göstəriş verdi

2985
Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünün partladılmasını araşdırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.


Bakupost.az TASS-a istinadən bildirir ki, bunu dövlət başçısının sözçüsü Dmitri Peskov deyib.


O qeyd edib ki, V.Putin hadisə ilə bağlı Rusiyanın Baş nazir Mixail Mişustinlə yanaşı, Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin, hüquq-mühafizə orqanlarının hesabatlarını dinləyib.

D.Peskov söyləyib ki, Rusiya Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin rəhbərləri hadisə yerinə gediblər.

Bundan başqa, Rusiyanın Terrorla Mübarizə Komitəsi Krım körpüsündə baş verən partlayışın ilin səbəbini açıqlayıb. Qurumdan bildirilib ki, körpüdəki 7 yanacaq çənininin yanmasının səbəbi yük maşınının partladılması olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər