Putin Lukaşenkonu təbrik etdi

  • 10 Avq 2020 12:37
  • 658 Baxış
Putin Lukaşenkonu təbrik etdi


Rusiya Prezidenti Vladimir Putin Aleksandr Lukaşenkonu Belarusda prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

“BakuPost” xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.

“Ümid edirəm ki, dövlətçilik fəaliyyətiniz bütün sahələrdə qarşılıqlı faydalı Rusiya-Belarus münasibətlərinin daha da inkişafına, əməkdaşlığın dərinləşməsinə və Avrasiya İqtisadi Birliyi və MDB vasitəsilə inteqrasiya proseslərinin qurulmasına öz töhfəsini verəcək”, - deyə Rusiya dövlət başçısının təbrik teleqramında bildirilib.

Xatırladaq ki, Belarusda prezident seçkiləri avqustun 9-da keçirilib. MSK-nın ilkin məlumatına görə, respublikanın hazırkı rəhbəri Aleksandr Lukaşenko 80,23% səslə liderdir.



X