Ru
21:06 / 21 Noyabr 2021

Putin peyvənd sınağı üçün könüllü oldu

Putin peyvənd sınağı üçün könüllü oldu
Eye

Rusiya Prezidenti Vladimir Putin “Sputnik layt” vaksini ilə koronavirusa qarşı təkrar peyvənd olunduğunu bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd edilir ki, dövlət başçısı prosedurdan sonra özünü yaxşı hiss edir.

"Bu gün sizin, həmkarlarınızın tövsiyəsi ilə mən “Sputnik layt”la daha bir dəfə peyvənd edildim. Artıq bu, revaksinasiya adlanır", - dövlət başçısı tibb işçiləri ilə söhbətində bildirib.

"Ağrısızlığa gəlincə, bunu iki saat əvvəl mənə etdilər. Amma heç nə hiss etmirəm, səhhətim normaldır, hər şey yaxşıdır", - Putin deyib.

Rusiya lideri həmçinin SARS-CoV-2-yə qarşı burun peyvəndinin istifadəsi üzrə eksperimentdə iştirak etmək üçün könüllü olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar