Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin Pekində hərbi parad öncəsi ayaqüstü salamlaşması Rusiya ictimai-siyasi dairələrində dərin narahatlıqla qarşılanıb.
Bakupost.az xəbər verir ki, bir sıra sosial media resursları görüşün soyuq keçdiyini və İlham Əliyevin Putinlə salamlaşdıqdan sonra baxışlarının dəyişdiyini iddia edib.
“Pekində İkinci dünya müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş paraddan öncə liderlər kuluarlarda üz-üzə gəldilər. Putin qapıdan daxil olaraq, sürətlə Əliyev tərəfə gedib. Onlar qısa şəkildə bir-birinin əllərini sıxdılar. Bundan əvvəl gülən Əliyevin üzü dəyişdi. Onların arasında söhbət olmadı. Halbuki liderlər 1 ildir görüşmürlər. Yəni danışmağa nəsə var idi. Yəni bu cür davranış Əliyevin Putindən əvvəl Özbəkistan Prezidenti Şövkət Mirziyayevi salamlaması ilə ziddiyyət təşkil edirdi. Onlar qucaqlaşdılar, bir-birinə replikalar atırdılar”, - iki liderin ayaqüstü salamlaşmasına həsr olunan video-icmalda qeyd olunub.