Ru
09:27 / 22 İyun 2026

Qadın məmur 2 milyon dolları mənimsəmək üçün özünü qaçırtdı - FOTO

Qadın məmur 2 milyon dolları mənimsəmək üçün özünü qaçırtdı - FOTO
Eye

Meksikada ölkənin gündəmini sarsıdan növbəti korrupsiya qalmaqalı yaşanır. Tenansinqo bələdiyyəsinin sədri Nensi Napoles təxminən 2 milyon dollar məbləğində dövlət vəsaitini fidyə adı altında mənimsəmək məqsədilə özünün qaçırılmasını manipulyasiya etməkdə (səhnələşdirməkdə) şübhəli bilinir.

Bakupost.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə informasiyanı "CBS News" telekanalı yayıb.

Yerli prokurorluğun məlumatına görə, araşdırmalar artıq həbs olunmuş və "adam oğrusu" kimi təqdim edilən üç nəfərin ifadəsindən sonra başlayıb.

İlkin versiyaya görə, silahlı şəxslər Napolesi zorla avtomobilindən düşürərək qaçırıb, daha sonra isə onun və ailəsinin həyatı müqabilində büdcədən 40 milyon peso (təxminən 2.3 milyon dollar) fidyə tələb ediblər.
Müstəntiqlərin rəyinə görə, cinayətkar qrupun planı gözlənilməz hadisə səbəbindən alt-üst olub. Belə ki, yoldan keçən təsadüfi bir şahid qaçırılma anını görərək dərhal polisə xəbər verib. Hüquq-mühafizə orqanlarının qəfil müdaxiləsi şübhəliləri planı dəyişməyə məcbur edib və nəticədə qurulan saxta sxemin üstü açılıb.

Prokurorluq bəyan edib ki, araşdırma zamanı tərəflərin ifadələrində ciddi ziddiyyətlər aşkarlanıb. İstintaqın qənaətinə görə, bu qondarma ssenarinin arxasında bələdiyyə sədrinin əri və kürəkəni dayanır. Məqsəd isə büdcədən artıq oğurlanmış və mənimsənilmiş vəsaitləri guya "fidyə ödənilmiş kimi" qələmə verərək qanuniləşdirmək olub.

Meksika Prezidenti Klaudiya Şeynbaumun hakim "Morena" partiyasını təmsil edən Nensi Napoles barəsində hələlik rəsmi həbs qətimkan tədbiri seçilməsə də, onun əri və kürəkəni barəsində axtarış elan olunub. Bələdiyyə sədri özü isə ittihamları rədd edərək hadisənin "siyasi motivli" olduğunu iddia edir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar