Ru
17:12 / 13 Oktyabr 2021

Qadın zorakılığına qarşı vebinar keçirildi - FOTO - VİDEO

Qadın zorakılığına qarşı vebinar keçirildi -  FOTO - VİDEO
Eye

Azərbaycanda Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiya ilə bağlı maarifləndirmə tədbirləri çərçivəsində Avropa İttifaqı və Avropa Şurası birgə silsilə vebinarlar təşkil edir. Vebinarlar Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) "Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması" layihəsi çərçivəsində həyata keçirilir və İstanbul Konvensiyasının maddələrinə həsr olunur.


Bakupost.az xəbər verir ki, bu vebinarlarda əsas diqqət konvensiyanın konkret maddələrinə yönəldilir. Konvensiyanın hər cür auditoriya üçün əlçatan olmasını təmin etmək, eləcə də Azərbaycanda qadınlara qarşı zorakılıq, məişət zorakılığı və İstanbul Konvensiyasına dair dialoqu təşviq etmək üçün geniş ictimaiyyət arasında bu mövzuya dair məlumatlılığı artırmaq məqsədi daşıyır.

Bu silsilədən olan üçüncü vebinar dünən keçirilib. Tədbir məişət və cinsi zorakılıq törətmiş şəxslər üçün qabaqlayıcı müdaxilə və müalicə proqramlarına dair 16-cı maddəyə həsr olunub.

Vebinarda həmin maddə ilə bağlı araşdırmanın Azərbaycan dilinə tərcümə olunmuş nəşri də təqdim olunub.

2021-ci ilin növbəti və yekun vebinarı "Məişət zorakılığı hallarında təcili qadağanedici əmrlər: İstanbul Konvensiyasının 52-ci maddəsi" mövzusuna həsr olunacaq və dekabrda keçiriləcək.

Vebinarlarda təqdim olunmuş bütün araşdırmaların Azərbaycan dilinə tərcümələrini Avropa Şurasının Bakıdakı ofisinin saytında əldə etmək mümkündür.

İstanbul Konvensiyası və onun qabaqlama, müdafiə, cinayət təqibi və əlaqələndirilmiş siyasətlərdən ibarət olan dörd əsas prinsipi barədə əlavə məlumatı bu infoqrafikdə və bu broşürdə əldə etmək mümkündür.

Azərbaycanda qadınlara qarşı zorakılığa son qoymaq üçün Avropa İttifaqı və Avropa Şurasının hansı tədbirlər gördüyü ilə bağlı ətraflı məlumatı layihənin səhifəsindən əldə edə bilərsiniz.



Qadın zorakılığına qarşı vebinar keçirildi -  FOTO - VİDEO
Qadın zorakılığına qarşı vebinar keçirildi -  FOTO - VİDEO
Qadın zorakılığına qarşı vebinar keçirildi -  FOTO - VİDEO
Qadın zorakılığına qarşı vebinar keçirildi -  FOTO - VİDEO
Qadın zorakılığına qarşı vebinar keçirildi -  FOTO - VİDEO
Qadın zorakılığına qarşı vebinar keçirildi -  FOTO - VİDEO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar