Ru
09:35 / 02 Dekabr 2025

Masallıda ağır qəza – 1 ölü, 3 yaralı

Masallıda ağır qəza – 1 ölü, 3 yaralı
Eye

Dünən saat 12 radələrində Masallıda ağır yol qəzası baş verib.

Bakupost.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Fərmudə Əlipənah qızı Hüseynovanın idarə etdiyi “Nissan Sunny” markalı avtomobil rayonun Həsənli kəndi ərazisində idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü F. Hüseynova, avtomobildə olan sərnişinlər - Gülşən İsa qızı İsmayılova (1975), Nuriyə Rasim qızı Nuriyeva (1985) və Sevda İsa qızı Vəlişova (1961) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Lakin S. Vəlişova aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar