Ru
16:25 / 01 Oktyabr 2021

Qalmaqallı direktor bir gündə 67 müəllimi işdən qovdu - Mehriban Əliyevaya müraciət

48514
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin 67 müəllimi işdən çıxarılıb.

Bakupost.az xəbər verir ki, çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, 5-i isə şöbə müdirləridir.

Müəllimlərin işdən çıxarılması ilə bağlı əmri Kollecin direktoru Nərmin Qaralova verib. O birdən-birə bu qədər müəllimi Təhsil naziri Emin Əmrullayevin tapşırığı ilə işdən çıxardığını bildirib. Təhsil Nazirliyinə üz tutan müəllimlərə isə belə bir qərardan nazirin xəbərinin olmadığı bildirilib.

İşlərini itirən müəllimlər bu qərarın heç bir qanuna söykənmədiyini, hüquqlarının pozulduğunu bildiriblər. Onlar baş verən hadisə ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya və Ombudsmana rəsmi müraciət ediblər.


Qeyd edək ki, Kollecin direktoru Nərmin Qaralova sabiq Baş Prokuror Zakir Qaralovun qohumu kimi tanınır.

Xatırladaq ki, N. Qaralova bir müddət əvvəl tələbəni təhqir etməsi ilə mətbuatın gündəminə gəlmişdi.

E.Mirzəyev
Baku Post

Şərhlər
  • t.ədalət

    Burda regionun günahı yoxdur.Zakir Qaralovun yarısı erməni,yarısı da kürd idi.

  • Emin

    Yegin Borçalıdan őz qaraçılarından getirib ora soxmağa yer hazırlayır..Bəəə nəəədi ?Bizimkiləər qaleeeeflər ordadana...

  • Anar

    Bu direktor yeqin qydurub bebile adami işsiz saxlamaq olmaz .insanlarin coreyiyle oynamaq olmaz .niye ,umyetle Tesil naziri cox sehlenkar adamdi ozude insanlari dysunen adam deyil .

  • Əlləz Vəliyev

    Ata-oğula, oğul-ataya cavabdeh deyil.

  • Eli

    Allah Sen bizi yuxarı qalxanların havasından,aşağı enenlerin davasından saxla.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər