Putin Qarabağın statusundan danışdı - Ermənistana növbəti zərbə

"Beynəlxalq hüquqa əsasən Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub".

"BakuPost" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Dövlət başçısı qeyd edib ki, KTMT bu münaqişəyə müdaxilə edə bilməzdi. Çünki heç bir dövlət Ermənistana hücum etməyib.

Rusiya prezidentinin sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçi missiyasını üzərinə götürüb, hər iki ölkənin liderini dinləyib və onlarla növbə ilə əlaqə saxlayıb.

"Azərbaycan öz torpaqlarını qaytarır. Heç kim, hətta Ermənistan da Qarabağın müstəqilliyini tanımadı. Bu beynəlxalq hüquq baxımından nə anlama gəlir? Bu o deməkdir ki, Azərbaycan özünə məxsus torpaqları qaytarır, bütün dünya ictimaiyyəti də bu torpaqları Azərbaycan ərazisi hesab edir”, - deyə V.Putin bildirib.

O qeyd edib ki, Azərbaycan müstəqil, suveren dövlətdir və lazım bildiyi kimi özünə müttəfiqlər seçmək hüququna sahibdir.