"Qarabağ" klubu Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollarını ayırıb.
Bakupost.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Müqavilə müddəti başa çatan Emmanuel Addai və Ramil Şeydayevlə əməkdaşlığa yekun vurulub. İcarə əsasında komandamızda çıxış edən Sami Mmae isə məxsus olduğu kluba geri qayıdıb.
Futbolçularımıza klubumuzda çıxış etdikləri müddətdə nümayiş etdirdikləri peşəkarlığa, komandamızın uğurlarına verdikləri töhfəyə görə təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq.