Ru
07:40 / 05 Oktyabr 2025

"Qarabağ" hansı legioner futbolçunu komandaya qaytarmaq istəyir? Qurbanovdan MARAQLI CAVAB

"Qarabağ" hansı legioner futbolçunu komandaya qaytarmaq istəyir? Qurbanovdan MARAQLI CAVAB
Eye

"Qarabağ" Misli Premyer Liqasının 7-ci turunda növbəti qələbəsini "Azersun Arena"da "Kəpəz" üzərində əldə edib.

Bakupost.az xəbər verir ki, Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında Oxu.Az-ın ona ünvanladığı "Zamanı geri çəkmək olsaydı, indi hansı keçmiş legioner futbolçunu komandaya qaytarmaq, onun gücündən, bacarığından Çempionlar Liqasının liqa mərhələsində yararlanmaq istərdiniz?" sualına özünəməxsus cavabı ilə yadda qalıb.

Təcrübəli mütəxəssis qısa pauzadan sonra bunları deyib:

"Burada olduğum 17 il ərzində komandamda oynayan hər bir legioner futbolçu mənim üçün dəyərlidir. Onlar hər biri öz dövründə komanda üçün çox vacib oyunçular olublar. Kimisi ilk dəfə Avropa Liqasına vəsiqəni təmin edəndə bizlə olub, bizə bu uğura nail olmaqda yardım edib, kimisi Çempionlar Liqasına ilk dəfə vəsiqəni təmin edəndə çox böyük köməyi dəyib. Onların hər biri mənim üçün həm futbolçu, həm də insan kimi çox dəyərlidir. Ona görə də konkret hansınınsa adını çəkməyim düz olmazdı".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar