Ru
22:03 / 16 Dekabr 2019

"Qarabağ" "Keşlə"ni məğlub etdi

1717
Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 final oyunlarına yekun vurulub.

BakuPost-un
məlumatına görə, son oyunda "Qarabağ" "Keşlə"ni qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 53-cü dəqiqədə İsmayıl İbrahimli vurub.

Qeyd edək ki, əvvəlki 3 görüşdə "Qəbələ" evdə "Sabah"ı 3:0, "Sumqayıt" səfərdə "Neftçi"ni 1:0 hesabı ilə yenib. "Səbail" - "Zirə" matçında isə hesab açılmayıb - 0:0. Cavab görüşləri 19-20 dekabrda keçiriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər