Ru
23:08 / 15 Sentyabr 2019

“Qarabağ” “Neftçi”ni məğlub edərək qələbə sayını 4-ə çatdırdı

2053
Azərbaycan Premyer Liqasında IV tur başa çatıb.

BakuPost-un
məlumatına görə, turun ikinci günündə 2 oyun keçirilib.

Bu tura qədər liderin ən yaxın izləyiciləri olan “Keşlə” və “Səbail” “Bakcell Arena”da üz-üzə gəliblər. Səfər matçına çıxan Aftandil Hacıyevin yetirmələri ilk hissədə Mirabdulla Abbasovun dublu ilə önə keçiblər. Fasilədən sonra fəallığı artıran “Keşlə” qollardan yalnız birinin əvəzini çıxıb.

Turun mərkəzi oyununda “Qarabağ” “Neftçi”ni qəbul edib. Azərbaycan derbisində Premyer Liqanın daimi sakini olan ölkənin iki ən titullu komandası üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə Ağdam klubu qalib gəlib. Hər hissədə bir qol vuran Qurban Qurbanovun yetirmələri startda ardıcıl 4-cü qələbəni qazanıblar.

Qeyd edək ki, turun ilk günündə “Zirə” “Sumqayıt”ı 2:1, “Qəbələ” “Sabah”ı 1:0 hesabı ilə məğlub edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər