Ru
17:19 / 30 Mart 2026

“Qarabağ” onlara da biletləri pulsuz etdi

“Qarabağ” onlara da biletləri pulsuz etdi
Eye

Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Sabah” oyununun biletləri bu gün saat 15:00-dan satışa çıxıb.

Bakupost.az xəbər verir ki, “Qarabağ” bu dəfə 15 yaşına çatmayan uşaqlara jest edərək, onların stadiona girişinin pulsuz olduğunu açıqlayıb.

15 yaşadək uşaqlar valideynləri ilə birlikdə stadiona sərbəst daxil ola bilərlər.

“Qarabağ” bundan əvvəl xanımların stadiona girişinin pulsuz olacağını açıqlamışdı.

Qeyd edilib ki, uşaqların və onlarla stadiona gələcək valideynlərin, eləcə də xanımların biletlərini mütləq şəkildə oyun günü kassalardan əldə etmələri vacibdir. Çünki biletsiz giriş mümkün deyil.

Bu qaydanın hər kəsə aid olduğu və biletlərin yalnız oyun günü stadionun kassasından əldə etmək mümkün olacağı bildirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar