Ru
15:49 / 27 Oktyabr 2021

Qarabağda iş imkanları: əmək haqları niyə azdır? - Ekspertlər

Qarabağda iş imkanları: əmək haqları niyə azdır? -  Ekspertlər
Eye

İşğaldan azad olunan ərazilərimiz üzrə iş vakansiyaları elan olunub. Hazırda Şuşa, Laçın, Zəngilan, Cəbrayıl əraziləri üzrə aktiv vakansiya və iş imkanlarının olduğu bildirilir. Amma iş yerləri elanında maaşın az olması məsələsi müzakirələrə səbəb olub.

Dövlət Məşğulluq Agentliyinin Sosial tərəfdaşlarla iş departamentinin müdiri Fatimə Ələkbərova deyib ki, istər xidmət, istərsə də istehsal sahəsi üzrə vakant yerlər var və sayı kifayət qədərdir: "Yüksək maaşlı vakant yerlər ixtisaslı kadrlar üçün nəzərdə tutulub. Bu vakant yerlərə kifayət qədər iş təcrübəsi olan şəxslər tələb olunur. Göndərişlərin həyata keçirilməsini təşkil edirik. Artıq 10 gün ərzində 6 nəfər işğaldan azad olunmuş ərazilərimizdə işlə təmin olunub. Vakant yerlər üzrə minimum əmək haqqı 250 manat, maksimum əmək haqqı isə 1700 manatdır”.

Qeyd edək ki, Cəbrayıl rayonunda poçtalyon işi üçün 250 manat, poçt üzrə əməliyyatçı üçün 255 manat, kargüzar üçün 260 manat, dərzi və dizayner üçün 500 manat, Laçın rayonunda yük avtomobili sürücüsü üçün 350 manat, ekskovator operatoru üçün 650 manat, Şuşada fəhlə üçün 350, usta işi üçün 300 manat, Zəngilanda topoqraf köməkçisi üçün 350 manat, anbardar və gözətçi-mühafizə işi üçün 420 manat, anbardar-təchizatçı üçün 450 manat, baş gözətçi-mühafizəçi üçün 500 manat, elektrik mühəndisi üçün 650 manat, sahə rəisi üçün 1700 manat əmək haqqı nəzərdə tutulub. İnternetə çıxışı olmayan vətəndaşlar öz əraziləri üzrə məşğulluq filiallarına yaxınlaşaraq vakansiyalar barədə məlumat əldə edə bilərlər.


Məsələ ilə bağlı Bakupost.az -a danışan millət vəkili Azər Badamov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə dövlət investisiya layihələri ilə yanaşı özəl investisiyalar da yatırılır:



"İcra olunan layihələrin miqyası və həcmi kifayət qədər böyük olduğundan yeni iş yerləri yaranır və məşğulluq mərkəzlərində vakant yerləri haqqında məlumatlar yerləşdirirlir. Özəl şirkətlər tərəfindən açıqlanan iş yerləri daha aşağı əmək haqqı ilə təklif olunması ilə bağlı fərqli fikirlər səsləndirilir.

İlk olaraq onu qeyd edim ki, özəl şirkətlər özlərinin maliyyə vəziyyətlərinə uyğun görülən işlərə vəsaitlər ayırır və əmək haqları ilə işlər təklif edilir. Yəni, belə başa düşmək olar ki, özəl şirkətin nəyə maliyyə imkanı çatırsa, onu da təklif edir. Burda heç bir məcburiyyət yoxdur. Kimlər təqdim olunan əmək haqları qane edirsə, onlar gedib işləyə bilərlər. Kimsə təqdim olunan əmək haqlarını az görürsə ayrı yerlərdə özünə iş axtara bilərlər. Burda narazılıq doğuracaq bir məqamı görmürəm".

İqtisadçı-ekspert Elşad Məmmədov isə bildirib ki, bu gün verilən elanlar daha çox bazarın öyrənilməsi məqsədini daşıya bilər:


“Çünki hələ orada müvafiq infrastruktur, əmək resursları yoxdur ki, kimsə Bakıdakı iş yerlərini qoyub getsin. Etiraf etmək lazımdır ki, bazar iqtisadiyyatı şəraitində bütün işçilərin maaşı dövlət tərəfindən verilə bilməz. Orada iqtisadi fəaliyyət olmalıdır ki, insanlar bazar iqtisadiyyatının şərtlərinə uyğun vəsait qazansınlar. Yəni, sahibkarlar pul qazansınlar ki, işçilərə də uyğun şəkildə əməkhaqqı verilsin.

Bu gün orada əmək bazarı hansı vəziyyətdə olacaq, hələ bunu demək çox tezdir. Bu istiqamətdə elmi-tədqiqat işləri aparılmalıdır. Həmin ərazilərdə yarana biləcək əmək bazarı ilə bağlı vəziyyəti indidən proqnozlaşdırmalıyıq.



Mən bilmirəm orada olan elanlar nəyə əsasən verilib, amma ilk növbədə iqtisadi siyasət strateji planlaşdırma əsasında qurulmalıdır. Öyrənmək lazımdır ki, həmin bölgələrdə hansı əmək qüvvəsinə tələb yaranacaq, hansı formada orada əmək resursları yerləşdiriləcək?

Onun görə də bilməliyik ki, iqtisadiyyatın mahiyyətdə strukturu nədən ibarət olacaq. Hesab edirəm ki, orada sənayeləşmə getməlidir və bunlar yeni iş yerləri olacaq. Bu proses gedəndən sonra bazarda yaranan tələb özü o əmək haqqlarının artımına şərait yaradacaq”.

Fəridə Söhrabqızı
Baku Post

Şərhlər
  • Əlizadə samir

    Füzüli

  • Tural Babayev

    Sumqayt

  • Dayandur Qurbanoglu

    Allah belanlzl versin

  • Ehed Feteliyev.

    Azerbaycanda D.M.A.,( devlet mesqulluq agentliyinin)ancaq adi var. Orda oturanlar devlet budcesinden kullu miqdarda mas alib, xalqi aldatmaqla,muxtelif yalanlaela xalqin başini qatmala meşquldurlar. Ele qeyri adi, ele aq yalanlar uydyrurlar ve sene yeridirler ki, hec hec şeytan da baş aka bilmir. Men şexsen bu yalanki firildaqkilaein canli qurbani olmuşam. Odur ki lenet olsun bunlarin işine de ozlerine de

  • Memmedov Vusal

    bular eynı iş yerı kımı tutur telvızorda deyıler. yuksey maiş butda 250m 350m 450m men ele oz yerımzde 500m işdıyrem men ele bıldım 1000mat 1500mat olacaq gedıb işdıyek guldum hokmet imsanları ne vezıyete getırıb

  • Həsən Mehtiyev

    Sərvəti olmayan avropa ölkələrinə isveçrəyə isveçə lüksemburqa baxırsan onların ən az maış alanı 1500 dən başlayır və vətəndaşlarıda çox gözəl şəkildə yaşayır sərvətimiz ola ola bu xalqı süründürürsüz

  • Memmedova Arzu

    sice 250 azenle dolanmag olar.ozun dolana bilersen .a.besavad.evin qaz.iwig.pulunu odemeye catmaz.senin ozuve verseler 250 nece olar.mawviz yuksekdi. milet i vezdirmeyin.

  • Sadece Vuqar qarabag veteranı.

    Tupurum sizin Bow bawınıza. Milleti ele salmısınız?? Yoxsa 250 manat sizin qiymetinizdi? Millet vekili yoxee hec sizden Milletin Ayagının tozunuda temizleyen cıxmaz. Gedib milli komedixanada oturub murguleyib 3000-4000 maaw alırsınız, hele onada narazısınız. 250 manatı size verseler alt paltarınızıbawonıza kecirib wuven qopararsınıze ay bedbextler.

  • Anar agayev

    Emek haqqi 250 azn.50 coxdu endirin biraz

  • Firdovsi Imanov

    Biabırçılıq. Verdikləri maaş başlarına dəysin. Surundurun bu milləti. 250ne puldu axı? 30gun insan can verəcəy axırda aldığı heç ayaqqabı pulu elemiyecek. Xarici gəlsə ən azı 3-5 min maaş verersiz. Axır sizdə oleceysiz pulumuzu da it qurd yeyəcək.

  • Elnur Taleh

    belə qərarlar və hətta iqtisadçı-ekspert donu geyinmim bu cür insanlar sifariş əsasında verilir, həmin ərazilərin insan yaşamı üçün əlverşirsiz görünməsi və vətən sevgisinin azalması üçün, lakin hər kəs istədiyi yaradıcı cəmiyyəti qurub yaşamaq istər o torpaqlarda, Allah bizi arzumuza çatdırsın.

  • Seyda nagizade

    Qarabagda islemek deyirsiniz ,hele orda tikinti gedecek hele oralar abadlasacaq ondan sonra indi gedib minalarin icinde poctalyon ve yaxud da reis islemek olmaz????

  • Yaqub

    Qaynaqci

  • Allahverdiyeva kəmalə

    Mən hansı bölgə olsa orada fəaliyyət göstərmək istəyərəm işsuzlikdən bezdim ali təhsilli hüquqşunasam. Xahiş edirəm mənimdə işlə təmin olunmama köməklik edəsiniz.

  • Müwfiq selimov firdovsi oğlu

    Neftçala rayon

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar