Ru
19:16 / 17 Sentyabr 2021

Qarabağda tarixi abidələrin reyestri yaradılacaq

1535
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə həyata keçirilən monitorinqlər davam etdirilir.

Bakupost.az xəbər verir ki, bu baədə Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, aparılan monitorinqlər tarixi abidələrin hazırki vəziyyəti, onlara edilmiş qanunsuz müdaxilə halları, vandalizm, özününkiləşdirmə faktlarının müəyyən edilməsi və mədəni irs nümunələrinin inventarlaşdırılmasını təmin edəcək:

"Eləcə də tarixi abidələrin bərpa və konservasiya olunmasının prioritetləşdirilməsi baxımından məlumat bazası, reyestr rolunu oynayacaq".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər