Ru
22:52 / 06 Yanvar 2021

Qarabağda yaralanan əsgər intihar etdi - FOTO

13793
Vətən müharibəsində yaralanan əsgər Vüsal Musayev Bakıda müalicə aldığı hərbi hospitalda intihar edib.

Bu barədə onun yaxınları bildirib. Məlumata görə, Vüsal Musayev hospitalın hamamında özünü asıb.

Doğmalarının sözlərinə görə, bir gün axşama kimi düşmən mühasirəsində qalan Vüsal Musayev ciddi sarsıntılar keçirib:

“Onun intihar edəcəyi ilə bağlı narahatlıq var idi. Bunu hospital rəisinə və həkimlərə demişdik. Bildirmişdilər ki, özünə qəsd etməsi üçün imkan yoxdur. Yaralı olmaqla yanaşı, həm də əsəb pozğunluğu yaranmışdı. Deyirdi ki, yaşamaq istəmir”.

"BakuPost" xəbər verir ki, Müdafiə Nazirliyi məlumatı təsdiqləyib. Bildirilib ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Musayev bu gün intihar edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, Vətən müharibəsinin iştirakçısı qazi Vüsal Musayev gərgin döyüşlər nəticəsində kəllə-beyin travması almışdı. 2 azyaşlı körpəsi olan Musayev Prezident tərəfindən “Cəsur döyüşdü” medalı ilə təltif edilmişdi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər