Ru
17:46 / 20 Sentyabr 2021

Qərbi Kaspi Universiteti ÖMÜRBOYU TƏHSİL proqramı üzrə kurslara start verir

2326

Qərbi Kaspi Universiteti ÖMÜRBOYU TƏHSİL proqramı üzrə aşağıdakı kurslara start verir:


* UI/UX Dizayn

* Front-end

* Robototexnika (Lego)

UX/UI Dizayn kursu çərçivəsində istifadəçi interfeysi dizayni (UI) və istifadəçi təcrübəsi dizaynı (UX) üzrə nəzəri və praktiki biliklər tədris olunacaqdır. Kursda müasir dizayn vasitələri ilə tanışlıq və real layihələrdə iştirak etmək imkanı mümkündür. Kursun tədrisi müddətində interfeyslərin çəkilməsi, veb sayt dizaynı, mobil tətbiq dizaynı, mockup və bannerlərin düzəldilməsi nəzərdə tutulmuşdur.

Front-end kursunda veb layihələrin yaradılması üçün kodlaşdırma sahəsində lazım olan texnologiyalar və onların imkanları əhatəli şəkildə tədris olunacaq. Tədris müddətində tələbələr, real veb layihələr üzərində tapşırıqları icra edərək, praktiki biliklər əldə edəcəklər. Kursun sonunda hər bir tələbənin şəxsi layihələrdən ibarət portfoliosu olacaq.

Lego kursu tələbələrə peşəkar robotları hazırlamaq istiqamətində ilkin addımları düzgün atmasına dəstək olacaqdır. Tələbələrə mexatronika, elektronika, dizayn, komputer mühəndisliyi ixtisaslarının robotlar üzərində əhəmiyyəti pratiki olaraq izah olunacaqdır. Lego konstruksiyasının idarə edilməsi üçün Lego EV3 platformasının kodlaşdırılma qaydaları tələbələrə tədris ediləcək.

Daha ətraflı məlumat üçün:

https://wcu.edu.az/az/page/design-course

https://wcu.edu.az/az/page/frontend-course

https://wcu.edu.az/az/page/robot-lego-course

Əlaqə üçün:

012 492 6163 / daxili: 18

[email protected]

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər