Ru
12:21 / 16 Dekabr 2019

Qidaya ən çox pul xərcləyən ölkələr - SİYAHI

1634
Ekspertlər ailələrin ərzaq məhsullarının xərcləri nisbətinə görə Avropa ölkələrinin reytinqini dərc edib.

BakuPost "RIA Reytinq" Agentliyininə istinadla xəbər verir ki, hesablamalar milli statistika xidmətlərinin məlumatları əsasında aparılıb. Reytinq tərtib edilərkən ev təsərrüfatlarının büdcələri təhlil edilib. Qida, o cümlədən alkoqolsuz sərinləşdirici içkilər üzrə xərclər 2018-ci ilin nəticələrinə görə orta statistik ailə üçün göstərilib. Ümumiyyətlə, siyahıda 40 ölkə yer alıb.


Hesablamaların nəticəsi olaraq, ən az qidaya ən az xərcləyən (ümumi gəlirlərin 8,4%-i) Lüksemburq, ən çox xərcləyən (ümumi gəlirlərin 50%-i) isə Ukrayna vətəndaşlarıdır.

Ərzaq məhsullarına ən çox xərcləyən Avropa ölkələrinin TOP 10-luğunu təqdim edirik:

1.Ukrayna - 50,0 %

2.Qazaxıstan - 47,6%

3.Moldova - 43,8%

4.Şimali Makedoniya - 37,8%

5.Bolqarıstan - 36,5%

6.Belarus - 36,3%

7.Serbiya - 34,3%

8.Rumıniya - 33,3%

9.Litva - 31,5%

10.Rusiya - 30,2%





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər