Ru
10:12 / 26 Noyabr 2025

Qızıl bahalaşır – Ucuzlaşan dollar qiymətlərə daha çox təsir edir

Qızıl bahalaşır – Ucuzlaşan dollar qiymətlərə daha çox təsir edir
Eye

Qızıl dolların dəyər itirməsi və ABŞ Mərkəzi Bankının (FED) faiz endirimi gözləntilərinin artması ilə yüksəlişini davam etdirir.

Bakupost.az xəbər verir ki, Asiya ticarətində külçə qızıl təxminən 4.165 dollar olub.

Gecikmiş iqtisadi göstəricilər – zəif pərakəndə satışlar və istehlakçı inamındakı kəskin azalma – “Fed”in yaxın ayda faiz endirimi ehtimalını gücləndirir. “FED” sədrliyinə əsas namizəd Kevin Hassettin aşağı borclanma xərcləri ilə bağlı Donald Trampla eyni mövqedə olduğu bildirilir.

Qızıl ötən aykı 4.380 dollar rekordundan aşağı düşsə də 4.000 dollar üzərində dayanmaqdadır və bu il 55%-dən çox bahalaşıb.

Qızıldan başqa digər qiymətli metal – gümüş də bahalaşıb, platin və palladium isə cüzi enib.

Cavid, Bakupost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar