Bakı Apellyasiya Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Tahir Bahadurovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bakupost.az Pravda.az-a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2019-cu ildə Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Tahir Bahadurov 2006-cı və 2008-ci il təvəllüdlü qızlarına qarşı köməksiz vəziyyətindən istifadə etməklə dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 11 ay 28 gün müddətində azadlıqdan məhrum edilib.